Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb

ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində fəaliyyət göstərəcək yeni federal işçi qrupu yaradıb.
Avtosfer.az xəbər verir ki, “Super Intelligence Force” adlandırılan qrupa ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton rəhbərlik edəcək.
Yeni qurumun əsas məqsədi ABŞ-ın süni intellekt sahəsində dünya liderliyini qoruması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. İşçi qrupu texnologiyanın imkanları ilə yanaşı, yarada biləcəyi riskləri də qiymətləndirəcək.
Qrupa Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun texnologiya üzrə rəsmisi Emil Maykl və Personal İdarəetmə Ofisinin direktoru Skott Kupor da daxil edilib. Qurum istehlakçılar, ictimai təşkilatlar, kritik infrastruktur operatorları və süni intellekt şirkətləri ilə əməkdaşlıq edəcək.
İşçi qrupu birbaşa Trampa və Ağ Evin aparat rəhbəri Syuzi Uaylsa hesabat verəcək. (APA)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












