Bir səhv avtomobilin elektirik sistemlərini sıradan çıxara bilər – Sürücülərə XƏBƏRDARLIQ

Müasir avtomobillərdə elektron sistemlərin inkişafı akkumulyatorla bağlı adi prosedurları da dəyişib. Əvvəllər akkumulyatoru boşalmış avtomobili başqa maşının köməyi ilə işə salmaq asan olsa da, yeni nəsil avtomobillərdə yanlış enerji ötürülməsi ciddi texniki nasazlıqlara və yüksək təmir xərclərinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, xüsusilə hibrid və elektrikli avtomobillərdən başqa nəqliyyat vasitələrinə enerji verilməsi riskli hesab olunur.
Bu avtomobillərdə də 12 voltluq akkumulyator olsa da, onun əsas vəzifəsi elektron sistemləri və köməkçi avadanlıqları enerji ilə təmin etməkdir. Bu akkumulyatorlar ənənəvi avtomobillərin starter sistemlərindəki yüksək cərəyan tələbatı üçün nəzərdə tutulmaya bilər.
Nəticədə başqa avtomobilə enerji ötürülməsi zamanı gərginlik kəskin azala, elektron sistemlərdə nasazlıqlar yarana bilər. Məsələn, "Tesla Model 3" modelinin istifadə təlimatında başqa avtomobilə enerji verilməsi qadağan edilir. Bununla belə, qaydalar markadan və modeldən asılı olaraq dəyişir.
İstehsalçı tərəfindən icazə verildiyi halda, enerji ötürülməsi xüsusi naqillər və müəyyən edilmiş bağlantı nöqtələri vasitəsilə həyata keçirilməlidir. Qırmızı naqil müsbət (+) qütblərə, qara naqil isə istehsalçının göstərdiyi mənfi və ya şassi bağlantı nöqtəsinə qoşulmalıdır.
Ən vacib məqam naqillərin qütblərini səhv salmamaq və avtomobilin istifadə təlimatına əməl etməkdir.
Akkumulyatoru boşalmış avtomobili işə salmaq üçün portativ işəsalma cihazlarından da istifadə etmək mümkündür. Bu qurğular əlavə avtomobilə ehtiyac olmadan enerji ötürməyə imkan verir. Keyfiyyətli modellərdə səhv bağlantı, qısaqapanma və həddindən artıq cərəyana qarşı qoruma sistemləri də mövcuddur.
Qeyd edək ki, hibrid və elektrikli avtomobillərin hamısına eyni qaydalar şamil edilmir. Buna görə də başqa avtomobilə enerji verməzdən əvvəl mütləq istehsalçının təlimatını yoxlamaq lazımdır.
Eltac
Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO
Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq
ADY gecikən qatara görə sərnişinlərə hansı halda bilet pulunu qaytarır? – RƏSMİ
Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR
Bloqer Fərid Rəsul Amerikada cərimələndi - ŞOK RƏQƏM - VİDEO
Çin markası müştərilərinə 13 min manat təzminat ödəyəcək – SƏBƏB isə...
Bu hava limanında TDT ölkələri üçün xüsusi keçid zonaları yaradıla bilər - EKSPERT
Zəngəzur dəhlizi üzərində dağları yarıb üç nəhəng tunel tikdilər – Ən son görüntülər - VİDEO












