Yüksək vəzifəli şəxs işdən çıxarıldı: 48 il idi İŞLƏYİRDİ - FOTO

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində uzun illər fəaliyyət göstərən yüksək rütbəli məmur vəzifəsindən azad edilib. Qurumun strukturunda aparılan bu kadr dəyişikliyi media və ictimaiyyətin diqqətini çəkib.
Avtosfer.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin aparatının İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Rəfael Söhbət oğlu Süleymanov işdən çıxarılıb. Onun vəzifəsindən azad edilməsi barədə əmr Komitə sədri Azər Mursaqulov tərəfindən imzalanıb.
Məsələ ilə bağlı Komitədən verilən rəsmi açıqlamada xəbər təsdiqlənib və Rəfael Süleymanovun yaşına görə təqaüdə göndərildiyi bildirilib. Lakin əldə etdiyimiz məlumatlara görə, R.Süleymanovun təqaüd yaşı hələ tamam olmayıb.

Qeyd edək ki, Rəfael Süleymanov bütövlükdə 48 il ərzində sözügedən dövlət qurumunda müxtəlif məsul vəzifələrdə çalışıb və uzun müddət komitənin media ilə əlaqələrini koordinasiya edib.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












