İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA

Svetoforlarda geri sayım taymerlərinin yığışdırılması məsələsi son dövrlər müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər hesab edir ki, bu addım yol hərəkəti təhlükəsizliyinin artırılması baxımından düzgün qərar sayıla bilər.
Qeyd olunur ki, svetoforlarda taymerlərin tətbiqi bir vaxtlar bir sıra ölkələrdə sürücülərin və piyadaların daha hazırlıqlı davranmasını təmin etmək məqsədi daşıyırdı. Lakin sonrakı təcrübə göstərdi ki, bu sistem bəzi hallarda əks effekt verir. Belə ki, sürücülər yaşıl işığın bitməsinə az saniyə qaldığını gördükdə sürəti artırmağa çalışır, bu isə qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir. Eyni hal qırmızı işığın bitməsinə saniyələr qaldıqda da müşahidə olunur bəzi sürücülər vaxtından əvvəl hərəkətə başlamağa cəhd edir.
Beynəlxalq təcrübəyə nəzər saldıqda görünür ki, bir çox inkişaf etmiş ölkələrdə bu sistemdən tədricən imtina olunub. Xüsusilə Avropa şəhərlərində və ABŞ-də svetoforlarda geri sayım taymerlərinə demək olar ki, rast gəlinmir. Bunun əvəzində sürücülərin diqqətini yalnız işıq siqnallarına yönəltmək və onların davranışını daha proqnozlaşdırıla bilən etmək əsas məqsəd kimi götürülür. Hətta bəzi ölkələrdə sayrışan yaşıl işıq tətbiqindən də uzaqlaşılır.
Mütəxəssislər bildirir ki, svetoforların effektiv idarə olunması yalnız taymerlərin olub-olmaması ilə məhdudlaşmamalıdır. Daha müasir yanaşma kimi “yaşıl dalğa” prinsipi ön plana çıxır. Bu sistemə əsasən, xüsusilə ictimai nəqliyyat vasitələrinin hərəkəti prioritetləşdirilir və svetoforlar elə tənzimlənir ki, avtobuslar və digər kütləvi nəqliyyat vasitələri kəsişmələrdə minimum dayanma ilə hərəkət edə bilsin. Nəticədə həm sərnişinlərin vaxt itkisi azalır, həm də dayanacaqlarda yığılmanın qarşısı alınır.
Eyni zamanda qeyd edilir ki, ağıllı nəqliyyat sistemlərinin tətbiqi ilə svetoforların iş rejimi real vaxt rejimində dəyişdirilə bilər. Bu isə yol hərəkətinin sıxlığına uyğun operativ qərarların qəbuluna imkan verir və ümumi nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradır.
Beləliklə, svetoforlarda taymerlərin yığışdırılması təkcə texniki dəyişiklik deyil, daha təhlükəsiz və müasir nəqliyyat idarəetmə sisteminə keçidin bir hissəsi kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












