Taksi sürücüləri üçün VACİB XƏBƏR

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə tətbiq olunan əmsal müəyyənləşib.
Avtosfer.az Trend-ə istinadla xəbər verir ki, avtonəqliyyat vasitəsi taksi ilə sərnişin daşımaq üçün istifadə edildikdə əmsal tətbiq ediləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunlara uyğun olaraq səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşülür.
Sığorta müqaviləsi bağlanarkən yuxarıda əks olunmuş əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, yuxarıda nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya yuxarıdakı abzasda nəzərdə tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.
Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" - VİDEO
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO












