Yol polisi sürücünü saxlamaq üçün məhəlləyə girə bilər? - VİDEO

Son vaxtlar yol polisi əməkdaşlarının xidməti ilə bağlı sürücülər redaksiyamızın qaynar xəttinə çoxsaylı suallar ünvanlayırlar. Avtosfer.az xəbər verir ki, bu suallar əsasən bölgələrdən gəlir və sürücüləri narahat edən əsas məqam yol polisi əməkdaşlarının dislokasiyası ilə bağlıdır. Sürücülər tez-tez belə bir sual verirlər: Yol polisi qayda pozan sürücünün arxasınca kənd yollarına və ya məhəlləarası yollara daxil ola bilərmi?
Sürücülərə qaranlıq qalan bu məsələyə aydınlıq gətirmək üçün bildiririk ki, yol polisi əməkdaşlarının xidməti "Yol Patrul Xidməti" haqqında təlimatla tənzimlənir. Həmin təlimatda yol polisi əməkdaşlarının kənd və məhəlləarası yollarda xidmət aparmasını qadağan edən hər hansı bir müddəa nəzərdə tutulmayıb. Bu o deməkdir ki, yol polisi əməkdaşı qayda pozan sürücünü məsuliyyətə cəlb etmək məqsədilə ümumi istifadədə olan istənilən yol sahəsinə daxil ola bilər.
Qanunvericiliyə əsasən, sürücü qayda pozuntusuna yol verdikdə, yol polisi əməkdaşı həmin sürücünü saxlayaraq inzibati məsuliyyətə cəlb edə bilər.
Bu səbəbdən, sürücülər bilməlidirlər ki, yol polisi yalnız əsas magistral və şəhər yollarında deyil, ümumi istifadədə olan hər bir yolda xidmət göstərə bilər. Belə hallarda sürücülərin polis əməkdaşlarının qanuni tələblərinə riayət etməsi və hərəkət qaydalarına uyğun davranması vacibdir.
Nərmin
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












