Yolda hərəkət edərkən maşının təkəri partlasa nə etməlisiniz? – VİDEO

Avtomobil hərəkətdə olarkən təkərinin qəfil partlaması sürücülər üçün ən təhlükəli vəziyyətlərdən biridir. Xüsusilə magistral yollarda və yüksək sürətlə hərəkət zamanı baş verən belə hal bir neçə saniyə içində ciddi qəza ilə nəticələnə bilər. Təəssüf ki, bir çox sürücü bu zaman nə edəcəyini bilmir və vəziyyəti daha da ağırlaşdıran səhvlərə yol verir.
Avtosfer.az xəbər xəbər verir ki, ən çox rast gəlinən yanlış davranışlardan biri sükanı qəfil şəkildə döndərməkdir. Bəziləri isə tormoza güclə basmağı və ya daha da təhlükəlisi - əl əyləcini çəkməyi düşünür. Bu cür reaksiyalar nəqliyyat vasitəsinin idarəolunmaz hala düşməsinə, hətta yolda aşmasına səbəb ola bilər. Əslində isə belə bir halda ilk və ən vacib addım sükanı möhkəm saxlamaq və soyuqqanlı davranmaqdır.
Mütəxəssislər bildirirlər ki, belə vəziyyətlərdə sürücü avtomobilə nəzarəti itirməmək üçün sükanı iki əli ilə bərk tutmalı, eyni zamanda ani və sərt manevrlərdən qaçmalıdır. Əyləc pedalına tədricən və yavaş şəkildə basmaq tövsiyə olunur. Əgər avtomobilin sürüşməsi müşahidə olunarsa, ayaq bir qədər pedaldan çəkilməli və nəqliyyat vasitəsinin balansı qorunmalıdır.
Təkər partlaması zamanı sürət yavaş-yavaş azaldılmalı, nəqliyyat vasitəsi yolun sağ kənarına çəkilərək tam təhlükəsiz şəkildə saxlanmalıdır. Avtomobil dayandıqdan sonra təhlükə işıqları yandırılmalı və lazım gəldikdə arxa tərəfə xəbərdarlıq üçbucağı yerləşdirilməlidir ki, digər sürücülər də vəziyyətdən xəbərdar olsun.
Ekspertlər qeyd edir ki, bu kimi hallar çox vaxt təkərlərin texniki vəziyyəti ilə bağlı olur. Buna görə də sürücülərə təkərlərin vəziyyətini və hava təzyiqini mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. Xüsusilə yay aylarında və uzun yola çıxmazdan əvvəl təkərlərdə çatlama, deşilmə və ya deformasiya olub-olmadığına diqqət yetirilməlidir.
Sonda bir daha vurğulanır ki, belə hallar zamanı düzgün reaksiya vermək həyati əhəmiyyət daşıyır. Panikaya düşmədən soyuqqanlı davranmaq, nəqliyyat vasitəsini nəzarətdə saxlamaq və sürəti tədricən azaltmaq sürücünün özünü və yolda olan digər şəxsləri təhlükədən qorumağın ən təsirli yoludur.
Eltac Züıfüqaroğlu
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ











