Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

Qaydalar 6 İyul 2026 21:53
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Avtosfer.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Ağazadə inzibati qaydada həbs edilib.

Oxunub : 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh