Prezident İlham Əliyev ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160.4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627.2 milyon manat təşkil edib.
İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266.3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765.7 milyon manat, akrhesabı ödənişlərdən isə 3.6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292.9 milyon manat, "Şahdəniz" yatağından isə 958.8 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 894.1 milyon manat olub (gəlirlilik 6.2% təşkil edib).
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18.6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 86.9 milyon manat yönəldib, idarəetməyə isə 40.7 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat təşkil edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












