Bəzi sürücülər bu nişanların fərqini hələ də bilmir: ÖYRƏNƏK
Sürücülərin böyük əksəriyyəti dayanma və durmanı qadağan edən nişanların mənasını hələ də bilmir. Avtosfer.az xəbər verir ki, son zamanlar Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən dayanma durma və parklanma qaydasını pozan sürücülərə qarşı tərtib olunan qərarlardan sürücülər şikayətlənirlər. Onların şikayətini araşdırdıqda isə məlum olur ki, haqlı olaraq məsuliyyətə cəlb olunublar.
Dayanma və durmanı qadağan edən 3.27 nişanı və yalnız durmanı qadağan edən 3.28 nişanının tələbləri nədən ibarət olduğu barədə məlumat verəcəyik. 3.27 nişanı həm dayanmanı, həm də durmanı qadağan edir. Yəni bu nişanın təsir sahəsində nəqliyyat vasitəsinin hərəkət sürətini 0 kilometr saat sürətə salıb dayanmaq olmaz (məcburi dayanma istisna olmaqla). 3.28 durmaq qadağandır nişanının tələbi isə fərqlidir. Bu nişanın təsir sahəsində dayanaraq sərnişinləri mindirməyə və ya düşürməyə, yaxud yüklərin yığılması və ya boşaldılmasına icazə verilir. Sürücülər bir çox hallarda bu nişanın təsir sahəsində bir neçə dəqiqə gözləyərək sərnişin mindirəcəyini bildirir və ya avtomobili saxlayaraq qısa müddətli hansısa bir işin arxasıyca gedir. Bu birmənalı olaraq qadağandır. 3.28 nişanının təsir sahəsində adamların mindirilməsi və ya düşürülməsi, yaxud yüklərin yığılması və ya boşaldılması ən qısa zamanda baş verməlidir. Əgər sürücü dayanaraq sərnişinin gəlməsini gözləyirsə, deməli nəqliyyat vasitəsi dayanmış yox durmuş hesab olunur. Belə vəziyyətdə isə sürücülər düzgün şəkildə məsuliyyətə cəlb edilir. Sürücülər bəzən elə düşünürlər ki, 3.28 nişanının təsir sahəsində avtomobildə əyləşib gözləyirlərsə (avtomobili tərk etməyiblərsə) qayda pozmamış hesab olunurlar. Bu kökündən yanlış fikirdir.
Sürücülərə tövsiyə edirik ki, dayanma durma və parklanma qaydasını pozmasınlar. Qanuna riayət etdikləri halda onları heç kim məsuliyyətə cəlb etməyəcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












