Bu küçədə sürücülər hər gün maşını məhəlləyə girişdə saxlayır - FOTO

Yasamalda sürücülərin bəziləri dayanma-durma qaydalarına məhəl qoymur və avtomobili harda gəldi saxlayırlar.
Avtosfer.az xəbər verir ki, ərazidə nəqliyyat vasitələri üçün rəsmi parkinq yerləri olmasa da, sürücülər avtomobillərini yol kənarlarında və piyadalar üçün nəzərdə tutulmuş sahələrdə saxlamaqda davam edirlər. Belə ki, Bəsti Bağırova küçəsində məhəlləyə giriş hissədə 99-UD-885 dövlət qeydiyyat nişanlı “Nissan ” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin iki təkərini səkinin üzərində və piyada keçidinin üstündə saxlayaraq ərazini tərk edib. Qeyd edək ki, ərazidə həm kollec, həm də universitet yerləşir. Sürücünün bu davranışı tələbələrin və digər vətəndaşların keçiddən istifadə etməsinə maneə yaradıb.
Məlumata görə, bu kimi qayda pozuntuları barədə dəfələrlə xəbərdarlıq edilsə də, bəzi sürücülər hələ də məsuliyyətsiz davranışlarını davam etdirirlər. Bildirmək istəyirik ki, dayanma-durma qaydalarına riayət olunmaması həm piyadaların təhlükəsizliyini, həm də ümumi yol hərəkəti nizamını pozur.
Fidan
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR












