Bu ödənişi etməyən sürücüləri cərimə gözləyir - 20 MANAT

Şəhər ərazisində parklanma qaydalarının pozulması sürücülər üçün inzibati məsuliyyət yaradır. Xüsusilə ödənişli parklanma yerlərində avtomobili saxlayıb ödəniş etməyən şəxsləri hansı cərimə gözlədiyi sürücülər arasında maraq doğurur.
Maraqlıdır, parklanma ödənişi etmədən avtomobil saxlamağın cəriməsi neçə manatdır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Konkret.az”a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, parklanma üçün nəzərdə tutulmuş ərazidə avtomobili saxlayıb ödəniş edilmədiyi təqdirdə sürücülər cərimələnir:
“İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, parklanma ödənişini etmədən avtomobil saxlayan şəxslər üçün 20 manat məbləğində cərimə nəzərdə tutulub”.
Hüquqşünas sürücülərə tövsiyə edib ki, cərimə ilə üzləşməmək üçün parklanma qaydalarına və ödəniş tələblərinə ciddi əməl etsinlər.
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR












