Bu maşınların arxasınca sürməyə və yol verməməyə görə cərimə oluna bilərsiniz

Bəzən sürücülər keçid üstünlüyü olan operativ nəqliyyat vasitələrinə yol vermir və ya onlara qoşularaq hərəkət edir. Yəni, təcili yardım maşını hərəkət edən zaman bəzi sürücülər yolun boşluğundan istifadə edərək onun ardınca gedir. Amma əslində bunun qayda pozuntusu olmasını bəlkə də bir çox sürücülər bilmir. Avtosfer.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində qeyd olunur ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü yüz manat məbləğində cərimə edilir.
Burada söhbət operativ nəqliyyat vasitələrindən gedir. Polis, yanğınsöndürən və təcili yardım maşınları bu kateqoriyaya aiddir. Polis maşınların arxasınca getmək çox nadir hallarda baş verə bilər. Sürücülərin əksəriyyəti buna risk etməz. Çünki cəriməni elə polis yazır. Yanğınsöndürən maşınların arxasınca da nadir hallarda hərəkət edirlər. Çünki onların qabariti böyükdür və sürəti aşağı olur. Təcili yardıma daha çox rast gəlinir yollarımzda. Elə buna görə də yalandan qəza işıqlarını yandırıb təcili yardım maşının arxasınca gedənlər çoxdur. Yəni, bu cür nəqliyyat vasitələrinin arxasınca getmək də məsuliyyət yaradır. Təcili yardım maşını tək hərəkət edir. Amma polis və yanğınsöndürən maşınlar iki və daha çox nəqliyyat vasitəsindən ibarət olur. Bu səbəbdən də polis və yanğınsöndürən maşınların qarşısına çıxmaq, onlara qoşulub hərəkət etmək birbaşa məsuliyyət yaradır - 100 manat 3 bal. Təcili yardımın arxasınca getməyə görə cərimə isə bir qədər mübahisəli məsələdir. Amma ona yol verməməyə görə 100 manat 3 bal cərimə yazıla bilər.
Odur ki, bu addımı atmazdan qabaq bir daha fikirləşin...
Orxan
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












