Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: 13 nəfər yaralandı - VİDEO

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Bakıdan Şəki istiqamətinə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində “Niva” markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.
Hadisə zamanı Şəki sakinləri - 1994-cü il təvəllüdlü Seyidova Esmira İlqar qızı, 1981-ci il təvəllüdlü Güliyeva Gülafət Ağasəf qızı, 1993-cü il təvəllüdlü Məmmədli Arzuman Əvəz oğlu, 1985-ci il təvəllüdlü Səmədova Dürdanə Fikrət qızı, 1974-cü il təvəllüdlü Səlimov Yaşar Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Abduləzimov Mehman Əlixan oğlu, 1973-cü il təvəllüdlü Səlimova Könül Muxtar qızı, 1986-cı il təvəllüdlü Hacıyev Sadiq Əsabəli oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elvin Vədadil oğlu, 2004-cü il təvəllüdlü Xəlilova Şəbnəm Rəhim qızı, 2005-ci il təvəllüdlü Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 1997-ci il təvəllüdlü Məmmədov Pərviz Sahib oğlu, İsmayıllı sakini, 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Ağır qəza: Ölənlər var
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO
Qubada AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var










