Bakıda avtomobil aşıb, sürücü ölüb
Qəzalar
24 İyun 2021 15:25
Oxunub 866

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində paytaxt sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













