Bakıda qadın sürücü "Land Cruiser"lə marketə girdi: Xəsarət alanlar var - VİDEO - (YENİLƏNİB)

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Avtosfer.az-a bildirib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli Qəsəbəsi ərazisində vətəndaş G. İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.
Nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Araşdırma davam etdirilir.
***
Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb.
TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***
Bu gün saat 17:45-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində minik maşını marketə girib.
Avtosfer.az xəbər verir ki, иu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər.
Bildirilir ki, qadın sürücünün idarə etdiyi "Land Cruiser" markalı, 77-GF-021 dövlət nömrə nişanlı maşın qəzaya uğrayıb. Qadın sürücü idarəetməni itirib və avtomobil "Ballı Market"ə çırpılıb. Hadisə nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












