Bakıda yol qəzası olub, xəsarət alan var
Qəzalar
19 İyun 2021 08:23
Oxunub 894

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
“Qara Qarayev” metrostansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Fətəlizadə Kənan Qəribəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













