Yasamalda zəncirvari qəza: Xəsarət alan var - VİDEO

Qəzalar 19 İyun 2026 14:36
Yasamalda zəncirvari qəza: Xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb:

"Hadisə bu gün saat 10:00-da, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Nəticədə 99-JV-101 dövlət nömrə nişanlı "Otokar" markalı sərnişin avtobusu, 90-JJ-235 dövlət nömrə nişanlı "ISUZU" markalı yük maşını, 77-BC-555 dövlət nömrə nişanlı "Geely" markalı və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişin - Fatimə Dadaşova xəsarət alıb, Faktla bağlı araşdırma aparılır".

Sözügedən hadisə yerindən görüntüləri təqdim edirik:

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh