Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən var

Lənkəranda avtomobilin qəzaya uğrayaraq yanması nəticəsində yanıq xəsarətləri alan qadın ölüb.
"Report"un verdiyi xəbərə görə, Boladi kəndində qeydə alınan qəza zamanı xəsarət almış 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova ölüb.
Qeyd edək ki, hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












