Qəza törədən sürücü telefonunu söndürüb aradan çıxdı- ŞİKAYƏT - FOTO

Bakıda yaşayış zonasında baş verən yol- nəqliyyat hadisəsində günahkar tərəf vurduğu zərəri ödəməyərək ortadan yox olub.
Zərərçəkmiş sürücü Avtosfer.az-a müraciət edərək bildirib ki, Binəqədi rayonu ərazisində yerləşən binaların birinin həyətində hərəkətdə olarkən 10-OV-522 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil onun qarşısına çıxaraq qəza törədib. Günahkar tərəf sağında olan maşını vurduğu üçün zərərçəkəndən sığorta çağırmamasını xahiş edib. Onlar birlikdə təmirə yollansalar da 400 AZN məbləğində təmir xərcini eşidən sürücü “sabah gəlib pulu verərəm” deyərək yoxa çıxıb. Sürücü mobil nömrəsini dəyişdiyi üçün zərərçəkmiş xanım onunla telefon əlaqəsi yarada bilmir. O, hadisə yerindən yayınan sürücünün məsuliyyətə cəlb edilməsi və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün Dövlət Yol Polis İdarəsinin rəhbərliyindən xahiş edir.
Aysel
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ













