Sabunçuda iki avtomobil toqquşub
Qəzalar
20 İyun 2021 08:45
Oxunub 1366

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü, Eyvazov Şahnur Fəxrəddin oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













