Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə ödəniləcək

Qurban bayramı ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Bayram günlərinin ödəniş tarixləri ilə üst-üstə düşməsi vətəndaşlar arasında müəyyən suallar yaratsa da, rəsmi açıqlama gözləntiləri yekunlaşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, mayın 27 və 28-nə təsadüf edən bayram günləri ilə əlaqədar ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur. Qurum rəsmiləri bildirir ki, ölkə üzrə pensiya, müavinət və təqaüdlərin paylanması prosesi onsuz da hər ayın 27-si tarixinədək tam başa çatdırılır.
Bu o deməkdir ki, vətəndaşlar vəsaitlərini elə bayram günlərinə qədər əldə edə biləcəklər. Mövcud sistem ödənişlərin vaxtında yekunlaşmasını təmin etdiyi üçün əlavə qərara və ya maliyyə vəsaitlərinin öncədən köçürülməsinə zərurət yaranmayıb. İnsanlar ödənişlərini həmişəki qaydada və müəyyən olunmuş vaxt çərçivəsində alacaqlar.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI













