Ölkənin danışdığı motosiklet qəzasının arxasındakı əsas SƏBƏB

Son illərdə motosikletlərin həm şəhərdaxili, həm də magistral yollarda istifadəsi artdıqca bu nəqliyyat vasitəsinin təhlükəsizliyi ilə bağlı müzakirələr də daha da aktuallaşır. Təəssüf ki, bu günlərdə Bakı–Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi də motosikletlərin iştirak etdiyi qəzaların nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini bir daha gündəmə gətirib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. İdarədən APA-ya verilən məlumatda bildirilib ki, iyunun 16-da saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb: "Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə, əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib. Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb. Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır".
Magistral və avtomobil yollarında motosikletlərin hərəkəti qanunvericiliklə müəyyən olunmuş sürət hədləri çərçivəsində tənzimlənir və bu limitlər ümumi yol hərəkəti qaydalarına uyğun olaraq tətbiq olunur. Lakin ekspertlər bildirirlər ki, motosikletlər sabitlik və qoruyucu təhlükəsizlik sistemləri baxımından avtomobillərə nisbətən daha həssas olduğundan, hətta kiçik idarəetmə xətaları belə ağır və ölümcül nəticələrə gətirib çıxara bilər. Belə qəzaların baş verməməsi üçün əsas risk faktorları kimi yüksək sürət, məsafə saxlanılmaması, zolaqların düzgün seçilməməsi və avtomobillərlə qarşılıqlı diqqətsizlik göstərilir. Mütəxəssislər vurğulayırlar ki, motosiklet idarə edən şəxslər üçün qoruyucu dəbilqə və xüsusi geyimdən istifadə, eləcə də yol hərəkəti qaydalarına ciddi əməl olunması həyati əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, motosikletlər sürətli və çevik hərəkət imkanı versə də, eyni zamanda ən yüksək risk qrupuna daxil olan nəqliyyat vasitələrindən biri hesab olunur və yol hərəkətində maksimum diqqət və məsuliyyət tələb edir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bu çox ağır bir faciədir. Birincisi, tanıdığımız adamdır. Övladını itirib və çox peşman şəkildə də etiraflarını yazmışdı ki, mən onu vaxtında xilas edə bilmədim, çəkindirə bilmədim. Bəlkə də çəkindirsəydim, bu cür faciənin yaşanması kimi bir hal baş verməzdi. Amma təəssüf ki, belə bir hadisə yaşandı və gənc bir qız həyatını itirdi. Doğrudan da bu, acı bir hadisədir. Amma mövzu gəlib motosiklet idarə edənlərin üzərinə çıxanda, təbii ki, burada müəyyən məsələlər var ki, onlara çox diqqətlə yanaşılmalıdır. Onların da ən birincisi qaydalara əməl etməkdir. Burada ən vacib məsələ sadəcə yol hərəkəti qaydalarına əməl olunmasıdır. Sürücünün yaşının nə qədər olması önəmli deyil, əsas olan təcrübə və yol hərəkəti qaydalarını bilmək və onlara əməl etməkdir.
Bakı–Sumqayıt yolu 70 və 90 km/saat sürətlə müəyyən edilmiş bir yoldur. İndi, təbii ki, avtotexniki ekspertiza hadisəyə rəy verəcək və o zaman müəyyən ediləcək ki, motosiklet saatda neçə kilometr sürətlə hərəkət edirmiş. İndi Fərhad müəllimin yazdıqlarından belə başa düşdüm ki, yolda texniki cəhətdən nasaz nəqliyyat vasitəsi olub – başqa bir maşın imkan verməyib ki, motosiklet sürücüsü ötüb keçə bilsin və nəticə etibarilə toqquşma baş verib. Toqquşma baş verəndə, təbii ki, sürətin yüksək olması belə ağır nəticəyə gətirib çıxarır. Əgər o xanım motodəbilgədən (şlemdən) istifadə etmiş olsaydı və yaxud da, belə deyək, sürət az olsaydı, mən əminəm ki, bu cür fəsad yaşanmazdı. İndi burada detallara varmaq o qədər də istəməzdim, çünki bu, istintaqın gələ biləcəyi nəticədir. Hər halda, mən düşünürəm ki, əsas diqqət yetirilməli məqam sürətin neçə olması və motodəbilgənin taxılıb-taxılmaması məsələsidir ki, həmin vaxt bundan istifadə olunub, ya yox".
Ekspert əlavə edib ki, son dövrlər xanımlar motosiklet sürücüsü olmağa çox böyük maraq göstərirlər: “Mən bunun dəfələrlə şahidi olmuşam, təlimlərdə də görürəm ki, bu cür nəqliyyat vasitələrini idarə etmək üçün kurslara gəlirlər. Küçədə, yolda gördüyünüz motosiklet sürücülərinin böyük bir qismi xanımlardır. Amma onların bu qaydalara nə qədər əməl etməsi, nə dərəcədə hazırlıqlı olması kimi məsələlər, təbii ki, bizi də narahat edir. Mən düşünürəm ki, bu cür məsələləri diqqətdən kənar qoymaq olmaz. Çünki ən vacib məsələ yol hərəkəti qaydalarını bilmək və onlara əməl etməkdir. Əgər bu qaydaları bilmirlərsə və əməl etmirlərsə, faciə qaçılmazdır. Kim olur-olsun, yəni məsuliyyətli olmaq lazımdır. Bu, onu göstərir ki, Azərbaycanda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı ciddi problemlər var. Sürücülər bir çox hallarda kamera və polis olmayan ərazilərdə, radar olmayan yerlərdə qaydaları kobud şəkildə pozurlar. Ona görə belə ağır nəticələr yaşanır. Nəzarətin gücləndirilməsi və sair məsələlər – bunlar, təbii ki, işin texniki tərəfidir. Amma mənəvi tərəfi odur ki, vətəndaş özü məsuliyyətini dərk etməli, qaydalara əməl etməlidir”.
Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz
Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA
İntensiv yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI
Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - RƏSMƏN AÇIQLANDI
Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə xəbərdarlıq - VİDEO
“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama - VİDEO
Bu tarixdə qısa iş günü olacaq
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI










