ADY və AİİB arasında əməkdaşlıq istiqamətləri müzakirə edildi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC -də (ADY) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.
ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycanın dayanıqlı şəhər mobilliyi və sərnişindaşıma xidmətlərinin inkişafı ADY-nin strategiyasının əsas komponentlərindən biridir. 2025-ci ildə ADY-nin rayonlararası və Abşeron dairəvi dəmir yolu marşrutları vasitəsilə 10 milyondan çox sərnişin daşınıb ki, bu da etibarlı və dayanıqlı ictimai nəqliyyata artan tələbatın göstəricisidir.
Görüşdə nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının genişləndirilməsi və dayanıqlı logistika həllərinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. ADY və AİİB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.



Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












