Banner

Bakıda Formula 1 rekordu

Yarışma 24 Sentyabr 2026 13:48
Bakıda Formula 1 rekordu
WhatsApp kanalımıza abunə olun

Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. 

Bu, Formula 1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xatırladaq ki, xarici qonaqların ötənilki sayı 14 min olmuşdu.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.

 

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh