"Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb - YENİLƏNİB

Yarışma 24 Sentyabr 2026 11:06
"Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.

"Rodin Motorsport"dan Aleks Dann ikinci, "Campos Racing"dən Nikola Tsolov üçüncü olub.

 

***10:03

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

Avtosfer.az xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Oxunub : 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh