Tənhalaşırıq, canlı ölüyə çevrilirik, nə baş verir? - Ekspertdən həyəcan təbili

Texnologiyanın sürətli inkişafı ilə həyatımızın demək olar ki, hər sahəsində süni intellektə rast gəlirik. Artıq sual verdiyimiz, məsləhət aldığımız, hətta bəzən dərdləşdiyimiz "varlıq" bir insan yox, süni intellekt olur.
Bəs bu texnoloji asılılıq bizi bir-birimizdən uzaqlaşdırırmı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Ölkə.az”a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, süni intellektin sürətlə yayılması yaşadığımız texnoloji əsrlə bağlıdır.
Onun sözlərinə görə, insanlar artıq digər insanlarla ünsiyyətə vaxt sərf etmədən müxtəlif süni intellekt proqramları “ChatGPT”, “Gemini” ilə dialoq qura bilir, beyin fırtınası yaradır, bilmədiyi bütün suallara cavab tapır, ideal və mükəmməl dialoqlar qururlar:
“Bunun insanlara yeni informasiya öyrənmək baxımından heç bir zərəri yoxdur, amma insan artıq proqramlara qurduğu ünsiyyətdən sonra tənhalaşır. Real insanlar süni intellektin verdiyi rahatlığı və mükəmməl insan sterotipini bizə verə bilmir. Nə baş verir? Bir-birimizdən sürətlə uzaqlaşırıq, psixoloji vəziyyətimiz gərginləşir. Yalançı eyforiyaya qapılırıq, hər kəsin öz aləmi olur, insani duyğular itir. İnsani duyğuları (sevgi,mərhəmət) itən insan canlı ölüyə çevrilir. Telefon və kompüter, qulaqlıq bağlılığı yaranır. Axırıncı dəfə ailə üzvünə belə sığal çəkib, sarılmağı unudur”.
Psixoloq onu da qeyd edib ki, insan sosial varlıqdır, süni intellekt isə proqramlar və informasiya bazasıdır:
“Proqram mükəmməl dialoq qura bilər, biz insanlar isə kiçik qüsurlarımızla varıq. Proqramdakı qüsursuz dialoqu uzun illər sınayan insan onu reallıqdan fərqləndirə bilmir, beynin alt qatları daha az bilgili insanı qəbul etmir. Bunun üçün də insan öz çevrəsindən kənara çıxmır, çıxsa da ünsiyyət qura bilmir.
Süni intellekt proqramları həyatımızı asanlaşdırıb ,bizə yeni bilgilər vermək üçündür. Ona bağlı olub sosial ünsiyyəti kəsmək gələcəkdə insanı depressiv vəziyyətə sala bilər”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










