Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Azərbaycan Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yeni agentliyin yaradılması ölkədə sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və qeyri-neft ixracının təşviqi sahəsində dövlət siyasətinin daha çevik və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə xidmət edən yeni institusional mərhələdir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri özəl sektorun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkənin investisiya cəlbediciliyinin artırılması və qeyri-neft ixracının genişləndirilməsidir. Yeni agentliyin yaradılması da bu strateji kursun davamı olaraq sahibkar, investor və ixracatçılarla işin vahid və daha səmərəli institusional mexanizm çərçivəsində təşkilinə imkan yaradacaq.
Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, ixrac imkanlarının genişləndirilməsi, sahibkarların maraqlarının qorunmasında iştirak və dövlət qurumları ilə biznes arasında əlaqələndirmənin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Bu funksiyaların vahid qurumda birləşdirilməsi sahibkarların dövlət dəstəyi mexanizmlərinə çıxışının sadələşdirilməsinə, investorlara göstərilən xidmətlərin əlaqələndirilməsinə, yeni investisiya layihələrinin təşviqinə, Azərbaycan məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ümumilikdə ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Yeni agentliyin fəaliyyətə başlaması ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) səlahiyyət müddəti başa çatıb və onun müvafiq funksiya və səlahiyyətləri yeni agentliyə keçib. Bununla da KOBİA-nın 8 illik fəaliyyəti dövründə formalaşdırılmış sahibkarlara dəstək infrastrukturu və mexanizmləri yeni institusional formatda davam etdiriləcək.
KOBİA-nın fəaliyyətinin başa çatması ilə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun da qurumda rəhbər vəzifəsinin səlahiyyət müddəti başa çatıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) də səlahiyyətlərini icra edəcək yeni agentlik sahibkarlığın inkişafı, investisiya və ixracın təşviqi arasında daha sıx əlaqənin qurulmasına xidmət edəcək. Onun fəaliyyəti, həmçinin özəl sektorun iqtisadiyyatda rolunun genişlənməsinə və Azərbaycanın regional investisiya və biznes mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə yönələcək.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












