Qaz yanacağı ilə işləyən avadanlıqlarla bağlı YENİ QƏRAR

"Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/АZ)" təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, reqlament onun qüvvəyə minməsindən əvvəl istismar olunmayan, istehsal mərhələsində olan və Azərbaycan Respublikasının ərazisində istehlak bazarında dövriyyəyə buraxılan qurğu və avadanlıqlara şamil ediləcək.
Qərara əsasən, təhlükəsizlik tələblərinin bəziləri aşağıdakılardır:
- Qurğu və avadanlıqlar xarici alov mənbəyindən partlama riskini istisna etməlidir;
- Qurğunun hazır qarışıqlı odluğu qazın istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün yanma rejimlərində partlayış riskini istisna etməlidir;
- Kombinəli odluq qaz və maye yanacaqların ayrılıqda yandırılması zamanı qurğunun təhlükəsizliyini təmin etməlidir;
- Qurğunun qaz yolunun konstruksiyası istehsalçı tərəfindən müəyyən edilmiş qazkeçirmə normasının icazə verilən maksimal həddinin aşılmasının qarşısını almalıdır;
- Qaz yolunun birləşmələri hermetik olmalıdır;
- Qurğunun konstruksiyası odluğun alışdırma və təkrar alışdırmasından əvvəl təbii hava sorulması və ya məcburi hava vurulması hesabına yanma kamerasının ventilyasiyasını təmin etməlidir.
Qərar dərc olunduğu gündən ay sonra qüvvəyə minəcək.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












