261 nömrəli tam orta məktəbdə təlim keçirilib - FOTO

16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasında “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər 261 nömrəli tam orta məktəbdə ibdtidai sinif müəllimləri üçün yol hərəkəti qaydalarına aid “Öyrənək, uşaqları da öyrədək” adlı maarifləndirici təlim keçirilib. Təlimçi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Solmaz Qasımova olub/.
Təlimdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, Mərkəzin əməkdaşları, 20 nəfər ibtidai sinif müəllimi, direktor müavinləri və şagirdlər iştirak edib. İştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Məqsəd “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək və yol hərəkəti qaydalarını təbliğ etməkdən ibarət olmuşdur.
İştirakçı ibtidai sinif müəllimlərinə təlim zamanı “Öyrənək, uşaqları da öyrədək!” devizi altında “İctimai nəqliyyatda davranış qaydaları”, mövzularında təlim keçirilib.
Təlim, iştirakçılar tərəfindən maraqla qarşılanıb, təqdim olunan öyrədici çalışmaları iştirakçılar həvəslə yerinə yetirib. Yol hərəkəti qaydalarını uşaqlara oyun, sual-cavab, labirint, rebus, krossvord, pazl, rəngləmə materiallarından istifadə edilərək öyrədilməsi tövsiyə olunub, yol hərəkəti ilə bağlı görüləcək işlər müzakirə olunub. Sonda təlimlə bağlı sorğu keçirilib. Belə təlimlərin keçirilməsi arzu edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















