Avtomobillərin texniki baxışı DYP-dən ALINACAQ? - AÇIQLAMA

Dünya təcrübəsində avtomobillərə texniki baxışın özəl şirkətlər tərəfindən həyata keçirilməsi praktikası olduqca geniş yayılıb. Məsələn, Avstraliyada ümumiyyətlə avtomobillərin texniki baxışı həyata keçirilmir.
ABŞ-ın 13 ştatında da texniki baxışa lüzum görmürlər. İspaniyada isə bu işi avtomobili istehsal edən şirkətin ölkədəki dilleri yerinə yetirir. Azərbaycanda isə avtomobillərin texniki baxışını Dövlət Yol Polisi İdarəsi həyata keçirir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda texniki baxış üçün nəzərdə tutulan rüsumu nəzərə aldıqda, özəl şirkətlər bu işi həyata keçirməyə hazır deyil:
"Hal-hazırda avtomobillər üçün texniki baxışın rüsumu 30 manatdır. Bir məsələ var ki, bu özəl şirkətlər 30 manata texniki baxışı həyata keçirməyə hazırdırlarmı? Bu məbləğ o qədər də yüksək deyil. Mən düşünmürəm ki, sertifikatlaşmış hansısa servisdə 30 manata bu texniki baxışı həyata keçirsinlər. Bunu da nəzərə almaq lazımdır. Həmçinin bunu həyata keçirmək üçün qanunvericilikdə də müəyyən dəyişikliklər edilməlidir. Fikrimcə, indiki dövrdə bu mövzu aktual deyil. Hazırda özəl servislər 30 manata texniki baxışı icra etməyə hazır deyillər".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












