Avtosfer.az yol polislərini belə təbrik etdi - Azərbaycan polisi 103 - FOTOLAR - VİDEO

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi və Avtosfer.az saytının təşkilatçılığı ilə 2 İyul “Polis günü” münasibətilə xidmətdə fərqlənən bir qrup yol polisi əməkdaşı mükafanlandırılıb. Pandemiya qaydalarına uyğun olaraq açıq havada keçirilən tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Bakı şəhər Dövlət Yol İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan polisi hər zaman xalqın və dövlətin yanında olub. Ən çətin məqamlarda öndə dayanıb. Millət vəkili başda Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, hər il ənənəvi olaraq xidmətdə fərqlənən yol polisləri mükafatlandırılır. Əsas məqsəd onların işində stimul yaratmaqdır. İl ərzində yollarda vətəndaşlara köməklik göstərən və digər davranışları ilə nümunə olan yol polisləri seçilib və təltif edilib.
Tədbirdə bir qrup yol polisi əməkdaşına təşəkkürnamələr təqdim olunub.
Təltif olunanlar arasında Bakı şəhər DYPİ-nin əməkdaşı polis kiçik serjantı Hüseynov Kənan Eldəniz oğlu xüsusi olaraq qeyd olunub. Bildirilib ki, xidmətə qəbul olunsa da Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşlərə yollanıb. Fizuli, Xocavənd və Şuşanın azad olunmasında müstəsna qəhrəmanlıqlar göstərib.
Qeyd edək ki, polislərin mükafatlandırılması sabah da davam edəcək.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
































