Qazi ailəsi olan maşını vuran "avtoşla" bağlı araşdırma başladıldı - FOTO - VİDEO

Ötən gün günorta saatlarında Nərimanov rayonu, Heydər Əliyev prospektində BMW markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək qəza törədib.
Bu barədə Vətən müharibəsi iştirakçısı, qazi Əli Əhmədli məlumat paylaşıb. O bildirib ki, sürücü dostunun avtomobilini vurub, lakin həmin vaxt Əli Əhmədli və ailəsi də maşında olublar.
“Vuran zaman yeddi aylıq qızım, dostum vә yoldaşım və mən çox pis qorxduq. Qızımı bir saata qәdәr sakitlәşdirә bilmәdik, vurub qaçdı. Adam utanmaz-utanmaz videonu “TikTok”a yerlәşdirib. Çox xahiş edirik, bu adam saxlanılsın vә gәlib bizә dәyәn ziyanı ödәsin. Bizdәn üzr istәmәlidir. Bu nә özbaşınalıqdır?”, - deyə o qeyd edib.
Əli Əhmədlinin oxu.az-a verdiyi məlumata görə, problem artıq həll olunub:
“Dünәn məsələ ictimailәşəndәn sonra həmin şəxs bizimlə əlaqə saxlayaraq tәzminat mәsәlәsini öhdәliyinә götürdü. Mәndәn dә, ailәmdәn dә üzr istədi, hәr şey yoluna qoyuldu”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə oxu.az-a açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntüdən məlumatlıdırlar və araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












