Bakıda taksi sürücüsü ilə polislər arasında QALMAQAL: "Paqonlarınızı sökdürəcəm..."

Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 20-də, saat 17:45 radələrində "Koroğlu" metrostansiyasının qarşısında baş verib. Belə ki, Post Patrul Xidməti əməkdaşları səs gücləndirici vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü Tahir Mədətovun (ad-soyad şərtidir) nəqliyyat vasitəsini həmin ərazidən çıxarmasını tələb ediblər.
Məhkəmədə ifadə verən taksi sürücüsü deyib ki, PPX əməkdaşı ona yaxınlaşaraq, kobud formada və nalayiq ifadələrlə onu alçaldıb və maşınını oradan çəkməsini bildirib. O, hər iki tərəfdən maşınının çıxması üçün yer olmadığını polis əməkdaşının diqqətinə çatdırıb. Lakin, polis əməkdaşı onun dediklərinə belə qulaq asmadan, onu zorla dartıb sürüyərək Post patrul avtomaşınına mindirib. Hadisə zamanı ətrafa toplaşan şəxslər onu polis əməkdaşlarının əlindən alaraq, maşından düşürüblər. Bundan sonra PPX əməkdaşları onu buraxıb və ərazidən uzaqlaşıb. Taksi sürücüsü bu barədə "102" xidmətinə zəng vuraraq şikayət edib. Bundan sonra 25-ci Polis Şöbəsinə yaxınlaşaraq, hadisənin təfərrüatları barədə növbətçi hissəyə məlumat verib və həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. Bundan sonra, onu 25-ci Polis Şöbəsinə dəvət ediblər. Taksi sürücüsü polis şöbəsində olarkən onun barəsində protokol tərtib edilib və məhkəməyə gətirilib.
Polis əməkdaşı isə ifadəsində qeyd edib ki, maşını ərazidən çıxarmalarına dair əmrə tabe olmayan sürücü onları təhqir edib və “paqonlarınızı sökdürəcəm” deyib. Bu barədə o, 25-ci Polis Şöbəsinə raportla müraciət edib.
Məhkəmənin qərarı ilə taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən 150 manat məbləğində cərimə edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












