Bakıya sərnişin daşıyan mikroavtobusdan 4 külli miqdarda narkotik çıxdı - VİDEO

Ağstafadan Bakıya sərnişin daşıyan mikroavtobusda 4 kiloqrama yaxın narkotik aşkarlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən Şahin Nağıyev saxlanılıb və istintaqa təqdim edilib. Onun sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu mikroavtobusa baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkar edilib.
Şahin Nağıyev ifadəsində narkotikləri Ağstafa rayonunda yaşayan tanışından əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotikin əldə olunduğu mənbə - Niyaməddin Nağıyev də saxlanılıb.
Sonuncu ifadəsində narkotik tərkibli çətənə kollarını satmaq, həmçinin şəxsi istifadəsi üçün əkdiyini və qurudandan sonra həmyerlisi Şahin Nağıyev vasitəsi ilə Bakı şəhərinə göndərdiyini bildirib. Həmin şəxsdən əlavə olaraq qulluq edərək yetişdirdiyi çətənə kolları da aşkar olunub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












