"Belə havalarda piyadalar bu qaydalara mütləq ƏMƏL ETMƏLİDİR!" - DYP

Hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb. Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı artıb.
Lakin, bəzən piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, səki olduğu halda, eləcə də qəflətən yolun hərəkət hissəsinə çıxması yol qəzalarının baş verməsinə real zəmin yaradır.
Nəzərə almaq lazımdır ki, sürüşkən yolda piyadanın anidən yola çıxması onsuzda çətinliklə hərəkət edən sürücünü kəskin tormozlamaya vadar edir ki, bu da piyadavurma, toqquşma, maneəyə vurma kimi ağır hadisələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara müraciət edərək, bir daha onları əlverişsiz havalarda yola çıxarkən öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa, verilən tövsiyələrə laqeyd yanaşmamağa, hərəkəti qaydalarına istisnasız əməl etməyə çağırır!
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












