Bəzi yollarda duman var: DYP hərəkət iştirakçılarına müraciət ünvanlayıb - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı hazırda ölkənin avtomobil yollarında, o cümlədən Muğanlı-İsmayıllı yolunun 40-cı kilometrliyində, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 28-62, 78-94 və 93-152-ci kilometrliklərində dumanlı və yağışlı, həmçinin Yevlax-Zaqatala-Gürcüstan yolunun 13-157-ci və Şəki-Qax yolunun 3-30-cu kilometrliklərində dumanlı hava müşahidə edilir.
Yolda məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
Eyni zamanda piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar”.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










