Binəqədidə atmosferi çirkləndirən sürücülərə protokol tərtib olundu - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində "Təmiz hava" aylığı ilə bağlı tədbir keçiriblər.
Avtosfer.az xəbər verir ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitələrini nasaz şəkildə idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” Qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
.jpg)
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır.
Tədbir zamanı qanunvericiliyin tələblərinə cavab verməyən avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Yoxlamalar zamanı atmosferə daha az karbon emissiyası ixrac edən sürücülərə xəbərdarlıq edilib və avtomobillərinin sazlığına daha çox diqqət ayırmaları tövsiyə olunub.
Səfər
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












