Bu havada ikitəkərli nəqliyyat vasitələrindən istifadə təhlükəlidir - XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunub ki, "Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur. Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












