Bu yollar bağlanacaq - Sürücülərin NƏZƏRİNƏ!

Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Bakı Marafonu-2025" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə marafona görə sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkətin tam məhdudlaşdırılacağı qeyd olunub.
Belə ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
Həmçinin bildirilib ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə mayın 4-ü saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












