Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirildi

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Daxili Qoşunlarının 2022-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, Dövlət başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov Qoşunların qarşısında duran vəzifələri qeyd edib, tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət onlara göstərilən diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilmiş ərazilərdə nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












