"Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam edir - VİDEO

Yollarda uşaq travmatizminin minimuma endirilməsi məqsədilə icra olunan “Diqqət, uşaqlar!” aylığı davam edir. Tədbir çərçivəsində respublikanın təhsil ocaqlarında keçirilən növbəti maarifləndirmə tədbiri Simurq Liseyində təşkil edilib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən görüşdə yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, yollarda təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi barədə təhsilalanlara ətraflı məlumat verilib. Bu sahədə bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi üçün müxtəlif metodiki vəsaitlərdən, audiovizual materiallardan istifadə olunub.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə vətəndaş cəmiyyəti institutlarını “Diqqət, uşaqlar!” aylığına töhfə verməyə çağırır və bir daha xatırladır ki, yol hərəkəti qaydalarının uşaq və yeniyetmələrə aşılanması və bu qaydaların onların gündəlik həyat tərzinə çevrilməsi gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












