DİN-dən vətəndaş məmnunluğuna xidmət edən NÖVBƏTİ ADDIM

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə DİN-in rəsmi internet saytında (mia.gov.az) “Müraciətin statusunu yoxla” xidməti əlavə olunub. Yeni yaradılan xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.
“Müraciətin statusunu yoxla” bölməsindən DİN-ə göndərilən müraciətlərin statusuna nəzarət və onun icra vəziyyəti barədə informasiya əldə etmək mümkün olacaqdır. Bunun üçün DİN-ə onlayn müraciət etmiş şəxs Nazirliyin rəsmi saytına (https://mia.gov.az/az/menu/30153/ ) daxil olmaqla, qeyd edilən elektron xidməti seçərək açılan pəncərəyə müraciətin qeydiyyata alınması nömrəsini daxil edir. Bu barədə telefona gələn təsdiq kodunu əlavə etdikdən sonra müraciətin icra vəziyyəti barədə informasiya ona təqdim edilir.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












