DYP: "Avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir"

"Təhlükəsizlik baxımından avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O bildirib ki, avtomobillərə əlavə qaz avadanlığı yalnız müvafiq rəy əsasında ixtisaslaşmış servislərdə quraşdırılmalıdır:
"Lakin tələblərə uyğun quraşdırılmış olsa belə, avadanlığın düzgün istismar edilməməsi, ona lazımi qulluq göstərilməməsi, vaxtında texniki müayinəyə təqdim olunmaması, bununla yanaşı, texniki-təhlükəsizlik baxımından köhnə, istifadəyə yararsız avtomobillərdə istifadəsi bu növ avtomobillərin iştirakı ilə baş verən qəzalar zamanı ağır fəsadlara gətirib çıxarır.
Odur ki, təhlükəsizlik baxımından, avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir".
Xatırladaq ki, ötən gecə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində "Azsamand" markalı nəqliyyat vasitəsinin baqajında quraşdırılan qaz balonu partlayıb. Eyni hadisə daha öncə - yanvarın 4-də də Bakının Nizami rayonu, Babək prospektində taksi şirkətlərindən birinə məxsus olan "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış, həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayış nəticəsidə sürücü İlqar Rzayev müxtəlif dərəcəli xəsarətlər almışdı.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












