DYP bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Avtosfer.az-a bildirilib ki, qarşıdan gələn bayram günləri ilə əlaqədar artıq yerli və respublika əhəmiyyətli avtomobil yollarında yük və sənişin daşıma fəaliyyətindəki artımla bağlı nəzərəçarpacaq intensivlik müşahidə olunmaqdadır.
Qeyd edilib ki, bu hal təbii olsa da, təəssüf ki dəfələrlə edilən çağırışlara baxmayaraq, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir:
"Əsasən, yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun, yuxusuz halda bir neçə dəfə qət etməsi isə son nəticədə ağır yol qəzalarının baş verməsinə real zəmin yaradır. Bununla yanaşı, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yük və sənişin daşımalarında istifadə olunması, habelə daşımalar zamanı normativ tələblərin kobud şəkildə pozulması qəza ehtimalını dəfələrlə artırmaqla yanaşı, həm də belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə də birbaşa təsir göstərir".
BDYPİ bir daha sürücülərə, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməyi, hərəkət zamanı özü ilə yanaşı sərnişinlərinin də təhlükəsizlik kəmərini bağlamasını təmin etməyi, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyi, yorğun, yuxusuz halda avtomobil idarə etməkdən çəkinməyi xahiş edib.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










