Yol polisindən bütün hərəkət iştirakçılarına bayram XƏBƏRDARLIĞI

Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alsaq, onu deməyə əsas verir ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək. Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşları tərəfindən hansı zəruri tədbirlər görüləcək?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında vətəndaşlara müraciət edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır.

Baş inspektorun sözlərinə görə, xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma-durma tələbləri pozulur: “Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha ciddi yanaşmağı, süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi və bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızdan nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












