DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 17-də respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsinin 500 metrədək məhdudlaşacağı ehtimalı var.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən xəbərə görə, dumanlı hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə çağırır.
Qeyd edilib ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












