DYP-dən hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT - Məsuliyyətli olun!

Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Avtosfer.az-a bildirilib ki, ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də aradan qalxmayıb.
"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.
Verilən hava proqnozu ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.
Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!", - məlumatda deyilir.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












