DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, hidrometeoroloji proqnozlar bürosunun verdiyi məlumata əsasən, 8 yanvar tarixindən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir:
“Meteoroloji vəziyyəti nəzərə alıb sürücülərdən xahiş edirik ki, öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər. Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər.
Bir daha sürücülərdən hava şəraitinə uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













