DYP-dən küləkli və yağışlı hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
Yol polisi
3 Mart 2022 18:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün gecədən başlayaraq martın 5-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı məsuliyyətli və şəfqətli davranmağı xahiş edir. DYP-dən Avtosfer.az-a bildirilib ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin texniki vəziyyətinə, o cümlədən şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək, mümkün qədər günün işıqlı vaxtı yola çıxmaq, sürət həddini düzgün seçmək, ara məsafəsini normadan artıq saxlamaq, eləcə də zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlərdən və kəskin tormozlamadan çəkinmək avtonəqliyyat vasitələrində hərəkət zamanı təhlükəsizliyə zəmanət verən amillərdir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Piyadalar isə küləkli və yağışlı havalarda daha da məsuliyyətli olmalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Emin
Oxunub : 1512
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












